İranın Xarici İşlər Naziri Cavad Zərif Türkiyədə səfərdədir. SİA-nın verdiyi məlumata görə, Çavuşoğlu və Zərif heyətlərarası görüşdən sonra mətbuata birgə açıqlama veriblər.
Çavuşoğlu bildirib ki, görüş zamanı 3+3 formatında əməkdaşlıq üçün iranlı həmkarı ilə müzakirə aparılıb: “3+3 formatında əməkdaşlıq başlanması üçün iranlı həmkarım Cavad Zərif Türkiyədən öncə Azərbaycan, Gürcüstan və Ermənistanda rəsmi ziyarətdə oldu. Bu format müzakirə edildi. Biz də görüş zamanı nəticələri müzakirə etdik. Qafqazda sülh hər kəsin xeyrinə olacaq. Amma bu sabitlikdən və sülhdən ən çox Ermənistan və Ermənistan xalqı yararlana biləcək. Bu istiqamətdə Ermənistanın addımlar atacağını gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB