Ermənilər Karabekir Paşaya nə hədiyyə etmişdilər? ƏRDOĞAN YAZIR+FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telegram səhifəsində maraqdoğurucu və tarixi faktı paylaşıb. SİA xəbər verir ki, qardaş ölkənin İstiqlal qəhrəmanlarından olan Kazım Karabekir Paşanın xatirəsini anan Ərdoğanın yazdığına görə, İstiqlal müharibəsinin qəhrəmanı olan bu şəxsiyyət, eyni zamanda, uşaqlara qarşı həssas bir məhəbbət bəsləyən, ailəsiz qalmış kiçiklərə qol-qanad verən, çox şəfqətli bir dövlət adamıydı. Belə ki, Anadoluda 6 min uşağı himayə etmiş, onların hər cür məsrəflərini, tələbatlarını qarşılamış Karabekir Paşa yetimlərin atasıydı.

Paylaşdığı fotonun maraqlı tarixçəsi ilə bağlı qeydlərini edən Rəcəb Tayyib Ərdoğan yazıb ki, bu portret Karabekir Paşanın Trabzonda himayəsinə alıb hər cür ehtiyaclarını qarşıladığı yetimlərin ona verdikləri hədiyyəsidir. Portretin altında yazılan qeyd isə türk əcdadlarının nə qədər düşüncəli və nə qədər uca könüllü olduğunu bir daha sərgiləmiş olur. Belə ki, həmin portreti İstiqlal müharibəsinin qəhrəmanı Karabekir Paşaya, məhz erməni yetimləri hədiyyə ediblərmiş. Qeyddə yazılıb: “Yetimlərin atası Qəhrəman Kazım Karabekir Paşa Həzrətləri... Trabzon Erməni Yetimləri Tərəfindən... Rumi 9 eylül (sentyabr) 1338 (1922)”

Göründüyü kimi, bu gün türk dünyasına qarşı aşkar düşmənçilik mövqeyi sərgiləyən, türklərə qarşı ultramillətçilik və terror çağırışları edən, tarixlər boyu onlara əl uzadan, yardım edən türklərə soyqırımları törədən, eləcə də bir-birlərini təhqir edərkən “türk” deyə xitab edən ermənilər hələ də onların xalq olaraq ayaqda qalmalarının ilk səbəbkarının məhz türklər olduğunu bilərəkdən unudur, unutdurur və öz kirli, mənfur xislətlərini icra etməyə davam edirlər.

Bu fakt isə, əslində, ermənilərin mənfur baxışlarına verilən ən mükəmməl cavablarından biridir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...