“Münasibətlər ABŞ-ın "şıltaqlıqlarından" asılı olmayacaq” Sergey Lavrov

Moskva ilə Tehran arasındakı münasibətlər, iki ölkə arasındakı ortaqlığı qanunsuz sanksiyalar tətbiq edərək pozmağa çalışan ABŞ-ın "şıltaqlıqlarından" asılı olmayacaq. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqların ardından dövlətlər arası münasibətlərə toxunaraq bu münasibətlərin inkişafından danışıb.

"Münasibətlərimiz iki dövlətin, iki xalqın mənafelərindən irəli gələrək inkişaf edir və heç bir üçüncü tərəfə baxmadan planlarımızı qururuq", deyə Lavrov bəyan edib.

Rusiya xarici işlər naziri bəzi beynəlxalq oyunçuların beynəlxalq hüquq normalarına zidd olan "birtərəfli məhdudiyyətlərdən" "sui-istifadə edərək" Moskva ilə Tehran arasındakı qarşılıqlı faydalı əməkdaşlığı qeyri-qanuni yollarla məhdudlaşdırmağa çalışdıqlarını da sözlərinə əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə