“Müharibə vaxtı Rusiya bizə maksimum kömək göstərib” DAVİD TONOYAN

“Müharibənin getdiyi bütün müddət boyunca mən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə daimi kontaktda olmuşam. Elə günlər olurdu ki, biz onunla gün ərzində bir neçə dəfə telefonla danışırdıq. Məlum səbəblərə görə mən bütün mötərizələri açmayacağam, lakin birmənalı olaraq deyə bilərəm ki, müharibə dövründə Rusiya üzərinə düşən müttəfiqlik öhdəliklərinə maksimum riayət edib”. SİA xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri David Tonoyan mediamax-a açıqlamasında deyib.

Onun sözlərinə görə, müdafiə məsələlərində Rusiya Federasiyasının müdafiə nazirliyi ilə davamlı rabitə nəticəsində digər mühüm məsələlər də həll olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə