Qagik Cangiryan evini tövləyə bənzətsə də... FOTO

Ermənistanın keçmiş hərbi prokuroru Qagik Cangiryanın ali məhkəmə şurasına sədr və üzv seçilməsi müxalifətin narazılığı ilə qarşılanıb. SİA xəbər verir ki, erməni KİV-lərinin yazdığına görə, onlar Cangiryanın korrupsioner keçmişini önə sürərək, onun və digərlərinin məhkəmə sistemində yer almalarına etiraz edirlər.

Bu arada, ArmVoice teleqram kanalı Qagik Cangiryan barədə yeni informasiya paylaşıb. Belə ki, bundan əvvəl o bildirmişdi ki, digərlərinin evlərindən fərqli olaraq onun evi tövləyə oxşayır. Adıçəkilən kanal isə onun evinin şəklini yayaraq, heç də tövləyə bənzəmədiniyi yazıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə