“Səs” qəzetinin kollektivi Fəxri Xiyabanı ziyarət edib - FOTOLAR

“Səs” qəzetinin kollektivi Fəxri Xiyabanı ziyarət edib - FOTOLAR

Bu gün “Səs” qəzetinin təsis edilməsinin 30 illiyi münasibətilə qəzetin rəhbərliyi başda olmaqla kollektivin üzvləri Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Fəxri Xiyabanı ziyarət edənlər arasında “Azərbaycan” Nəşriyyatının Baş direktoru Ağabəy Əsgərov da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə