“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Emmanuel Makronun Azərbaycana qarşı düşmən mövqeyi getdikcə yeni faktlarla meydana çıxır. Hakimiyyətə gəldiyi ilk gündən ermənipərəst mövqeyi ilə seçilən və bunu bir çox çıxışlarında, eləcə də 2- ci Qarabağ müharibəsində açıq şəkildə ifadə edən Makron demək olar ki, son günlərdə tamamilə Ermənistanın tərəfində olduğunu bildirir və bunu açıq şəkildə ifadə edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, qondarma Qarabağ respublikasının senatda tanıdılması və bunun geniş müzakirəyə çıxarılması da Makronun çirkin planlarından biridir.
“Bu günlərdə Makron erməni icmasının nümayəndələri ilə nahar yeməyində iştirak edərkən Ermənistana daim dəstək verdiyini bir daha dilə gətirib, müharibə zamanı dəfələrlə Nikolla əlaqə saxladığını, öz köməyini təklif etdiyini, ona hətta SMS yazdığını, ermənilərin taleyinə acıdığını bildirib. Makron noyabrın 9-da Paşinyanın imzaladığı sənədin onunla razılaşdırmadığını təəssüflə qeyd etməklə bərabər, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidenti olduğuna görə bu barədə ona məlumat verilməməsindən narahat olduğunu da ifadə etmişdir.
Belə çıxır ki, müharibə dövründə daimi olaraq Paşinyan Makronla əlaqə saxlamış, ondan məsləhətlər almışdır. Ancaq mövcud sənəd barədə ona məlumat verməmiş və nəyi isə xahiş etməmişdir. Bu vəziyyət ilk növbədə, Makronun çox aciz, əlindən bir iş gəlməyən, hətta məsləhətləşməyə layiq olmayan bir rəhbər olduğunu göstərməklə, həm də Paşinyanın dönüklüyünə nümunədir. Bir çox erməni siyasətçiləri, jurnalistləri də bunu belə qiymıtləndirirlər. İnsanların nəzərində hər iki dövlət başçısı xaraktersiz, tutduqları vəzifənin dəyərini bilməyən, aciz, hərəkətini və danışığını dəyərləndirməyən rəhbərlərdir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB