Ermənistanın paytaxtanda, İrəvan şəhərində etirazçılar ilə polis arasında qarşıdurma olub. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İrəvanda hökumət binasının qarşısına toplaşan etirazçılarla polis arasında toqquşma müşahidə olunub. Bildirilir ki, hal-hazırda etirazçılar bir neçə cərgədə bütün girişlərdə hökumət binasını mühasirəyə alan polis kordonundan keçməyə çalışırlar. Nəzərə çatdırılır ki, xüsusilə, Tiqran Mets prospektində polis "xain Nikol" şüarını səsləndirən və Nikol Paşinyanın karvanını buraxmamaq üçün irəliləməyə çalışan vətəndaşları geri itələyir.
Həmçinin məlumat verilir ki, fəalların bəziləri polis tərəfindən tutularaq xüsusi ayrılmış maşınlara doldurulur. Qeyd olunur ki, vəziyyət hazırda gərgin olaraq qalır.
Qeyd edək ki, səhər saatlarından Ermənistan müxalifəti İrəvandakı hökumət binasının qarşısına toplaşıb. Etirazçılar hökumət üzvlərini ya Paşinyanın istefası üçün bir layihə təklif etməyə, ya da xalqın qarşısına çıxaraq “xain Nikol” un tərəfində olduqlarını etiraf etməyə çağırıblar.
Xatırladaq ki, bir gün əvvəl etirazçılar ölkə daxilində ümumxalq tətili elan ediblər. Etirazçılar hökumət, prokurorluq və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binalarını bir neçə saat mühasirəyə alıblar. Daha sonra toplaşanlar meydanı tərk etməkdən imtina ediblər, çadırlar qurublar və orada gecələyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB