"Zəfər Paradı Ermənistan üçün təhqir oldu" Konstantin Zatulin

"Zəfər Paradı Ermənistan üçün təhqir oldu" Konstantin Zatulin

"10 dekabr tarixində Bakıda, "Zəfər paradı" adlandırılan parad Ermənistanın və erməni xalqının açıq şəkildə alçalmasıdır. SİA xəbər verir ki, bunu Beynəlxalq "Lazerev Klubu" Şurasının Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması Komitəsinin MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsinin birinci müavini Konstantin Zatulin deyib.

"İrəvanda hakimiyyətdə dövləti idarə etməyə və xalqlarının mənafelərini qorumağa qadir olan məsuliyyətli və səriştəli siyasətçilər olsaydı, Ermənistanın bu alçalması olmazdı. Nikol Paşinyanın axmaq siyasəti ölkəsini Dağlıq Qarabağ uğrunda müharibədə böyük insani, ərazi və mənəvi itkilər verərək bu respublikanın indi dayandığı ölüm xəttinə gətirdi. Bu gün erməni xalqı qarşısında bütün məsuliyyəti Ermənistanın iflas etmiş hökuməti daşıyır.
Nikol Paşinyan bütün dünyadakı erməniləri və Ermənistanı düşünən və hiss edən Erməni Kilsəsinin də etibarını itirdi. Erməni xalqının ölkəsinə olan etibarını itirdi. İqtidara yapışan baş nazir Nikol hər gün repressiyaya, "xalqın iradəsi"-ni qırmaq üçün repressiyaya əl atmaq məcburiyyətində qalıb. Uğursuzluğun və alçalmanın əsas günahkarı üstəlik diktatura qurmağa çalışır!
Yalnız erməni xalqı öz taleyini həll etmək hüququna malikdir. Ermənistanın Qarabağın ağır dərslərindən nəticə çıxartması, itkilərin və məyusluqların acısını aradan qaldırmaq üçün birləşməsi lazımdır. Türkiyə və Azərbaycanın əhatəsində olan Ermənistandakı erməni xalqı güclərinə inamsızlıq mühitində tam mövcud ola və irəliləyə bilməyəcək", deyə Konstantin Zatulin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə