Misir portalı Bakıda keçirilmiş Zəfər paradı haqqında material yayıb

Misir portalı Bakıda keçirilmiş Zəfər paradı haqqında material yayıb
Misirin "Aldiplomasy" informasiya portalı Vətən müharibəsində şanlı Qələbə münasibətilə Bakıda keçirilmiş Zəfər paradı haqqında AZƏRTAC-ın materialını yayıb. Materialda qeyd olunub ki, Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər. Xəbərdə diqqətə çatdırılıb ki, "Dəmir yumruq" əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər" ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib. Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayişi olunub. Vurğulanıb ki, Bakının Azadlıq meydanında, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə