Bu gün Minskdə Müstəqil Dövlətlər
Birliyi (MDB) Hökumət Başçıları Şurasının 57-ci iclası keçiriləcək. SİA-nın MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,
iclasın gündəliyinə iqtisadi, humanitar, təhlükəsizlik, ərzaq sahələrində
əməkdaşlığa dair 19 məsələ daxil edilib.
Azad ticarət zonası haqqında
Müqavilə layihəsi iclasın əsas məsələsi olacaq. Bu məsələ 2010-cu ildə
Rusiyanın MDB-də sədrliyi Konsepsiyasının mühüm bəndi idi. Qeyd etmək lazımdır
ki, Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin işləyib hazırladığı layihə
Tacikistan Respublikasının 2011-ci ildə sədrliyi Konsepsiyasında da öz əksini
tapıb. Bu sübut edir ki, MDB üzvü olan dövlətlərin sədrliyi varislik və
nəzərdə tutulanların yerinə yetirilməsi səyləri prinsipləri əsasında həyata
keçirilir.
Dünya Ticarət Təşkilatının (DTT) müasir normalarına əsaslanan
azad ticarət zonası haqqında yeni Müqavilə azad ticarət zonası barədə 1994-cü il
Sazişinin mənəvi cəhətdən köhnəlmiş müddəaların, bu sahə üzrə digər çoxsaylı
Sazişləri əvəzləməli və MDB məkanında işgüzar tərəfdaşlığın uğurlu inkişafı üçün
etibarlı hüquqi baza olmalıdır.
MDB hökumət başçılarının müzakirəsinə Birlik
üzvü olan dövlətlərin 2020-ci ilədək innovasiya əməkdaşlığına dair
Dövlətlərarası proqramın ilkin layihəsi təqdim edilir. Həmin proqramın
sifarişçi-əlaqələndiricisi MDB-nin Xaricdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq
Humanitar Əməkdaşlıq İşləri üzrə Federal Agentlik (Rossotrudnicestvo), Dövlət
Universiteti-Ali İqtisad Məktəbidir (Rusiya Federasiyası).
Layihədə
innovasiya sahəsində ən mütərəqqi yanaşmalar, məsələn texnoloji platformalar,
üstünlük mərkəzləri, habelə Avropa İttifaqının 7-ci Çərçivə Proqramına dair
layihələrlə və Asiya-Sakit okean regionu ölkələrinin analoji tədbirləri ilə
qarşılıqlı fəaliyyət imkanı verən yanaşmalar öz əksini tapıb.
2010-cu il
dekabrın 10-da 2011-ci il MDB-də ərzaq təhlükəsizliyinin yüksəldilməsi ili elan
olunub. Bununla əlaqədar MDB aqrosənaye kompleksi məsələləri üzrə
Hökumətlərarası Şura Birliyin üzvü olan dövlətlərlə birlikdə MDB çərçivəsində
2011-ci ildə ərzaq təhlükəsizliyinin yüksəldilməsi ilinin keçirilməsi üzrə
tədbirlər Planı layihəsini işləyib hazırlayıb.
Sənəd layihəsinə ərzaq
təhlükəsizliyinin yüksəldilməsi məsələlərində MDB üzvü olan dövlətlərin
qarşılıqlı fəaliyyətinə dair mühüm təşkilati-texniki tədbirlər daxil edilib.
Layihədə bununla əlaqədar elmi tədqiqatlar sahəsində əməkdaşlığın
gücləndirilməsinə dair müvafiq tədbirlər nəzərdə tutulub.
MDB Hökumət
Başçıları Şurasının müzakirəsinə MDB-nin 20 illiyinə həsr olunmuş Dövlətlərarası
sərgiyə hazırlığın gedişi barədə məlumat təqdim ediləcəkdir. Sərginin
təşkilatçıları MDB üzvü olan dövlətlərin hökumətləri, MDB İcraiyyə Komitəsi,
MDB-nin konqres fəaliyyəti və sərgi-yarmarka üzrə Dövlətlərarası Şurasıdır.
Sərgi 2011-ci il iyunun 28-dən iyulun 3-dək Ümumrusiya Sərgi Mərkəzində
keçiriləcək, ekspozisiyanın mərkəzi bölməsindən və MDB üzvü olan dövlətlərin
milli ekspozisiyalarından ibarət olacaqdır.
Ekspozisiyanın mərkəzi bölməsi
MDB üzvü olan dövlətlərin ötən 20 il müddətində əməkdaşlığının və
inteqrasiyasının yekunlarına həsr olunacaq. MDB üzrə sahə əməkdaşlığı
orqanları Birlik çərçivəsində müxtəlif sahələr üzrə inteqrasiya proseslərinin
möhkəmləndirilməsinə verdikləri töhfəni nümayiş etdirəcəklər.
Sərginin
işgüzar proqramının mühüm elementlərindən biri olan "Gənc nəsil - sərhədsiz
həyat" humanitar forumunda MDB məkanında dövlət və ictimai strukturların
gənclərlə iş üzrə fəaliyyəti üçün praktiki tövsiyələrin hazırlanması və
müzakirəsi nəzərdə tutulub.
Mədəni proqram çərçivəsində Mədəniyyət və
Xalq Ənənələri Festivalının keçirilməsi planlaşdırılır. Festival çərçivəsində
bir sıra tədbirlər - MDB üzvü olan dövlətlərin günləri, ən yaxşı yaradıcı və
gənclər kollektivlərinin konsert proqramları keçiriləcək, milli mətbəxlərin
fəaliyyəti, milli xörəklərin müsabiqələri və dequstasiyaları, dekorativ tətbiqi
sənət məmulatlarını satış-sərgisi, xalq yaradıcılığı məmulatlarının hazırlanması
üzrə ustad-dərslər, rəssamların sərgiləri və fotosərgilər təşkil ediləcək, milli
müasir moda nümayiş etdiriləcək.
MDB Hökumət Başçıları Şurası Birlik üzvü
olan dövlətlərin atom enerjisindən dinc məqsədlərlə istifadəsinə dair 2020-ci
ilədək olan dövr üçün "Atom–MDB" əməkdaşlığı" adlı çərçivə əməkdaşlıq proqramını
qəbul etməlidir.
Hökumət başçılarına müzakirə və qərarlar qəbul olunması
üçün MDB ölkələrinin humanitar sahə üzrə qarşılıqlı fəaliyyətini nizamlayan
sənədlər - MDB üzvü olan dövlətlərin mədəniyyət sahəsi üzrə əməkdaşlığı üzrə
Konsepsiyası və 2015-ci ilədək mədəniyyət sahəsində əməkdaşlığın əsas tədbirləri
layihələri təqdim ediləcək.
MDB üzvü olan dövlətlərin fundamental elm
sahəsində əməkdaşlığı üzrə Şuranın yaradılması barədə saziş layihəsi iclasın
gündəliyinə daxil edilən və müzakirə olunacaq mühüm məsələlərdən biridir. Layihə
ekspert qruplarının iclaslarında işlənib hazırlanmış və razılaşdırılmış, MDB
üzvü olan dövlətlərdə müzakirə edilmiş, Saziş layihəsi bu il aprelin 8-də MDB
Xarici İşlər Nazirləri Şurasında bəyənilib.
Üçüncü dövlətlərin
vətəndaşlarının və MDB üzvü olan dövlətlərin ərazilərinə səfər edən və
vətəndaşlığı olmayan şəxslərin Vahid Uçot Sistemi haqqında saziş layihəsi
təhlükəsizliyin təmin edilməsi məsələlərinə aid edilir.
Saziş layihəsi
MDB-nin Vahid Uçot Sisteminin və uçot məlumatları bankının yaradılmasını, habelə
texniki tələblərin, texniki tapşırıqların və vahid uçot məlumatları siyahısının
təsdiq edilməsini nəzərdə tutur.
MDB Hökumət Başçıları Şurasının iclasında
MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi
mərhələlərində intellektual mülkiyyət sahəsində qanun pozuntuları ilə mübarizə
üzrə tədbirlərin müzakirə olunması və təsdiq edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



