Mətbuat Şurası “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsinin icrasına başlayıb

Mətbuat Şurası “Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi” layihəsinin icrasına başlayıb

Azərbaycan Mətbuat Şurası "Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi" layihəsinin icrasına başlayıb. Qurumdan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı çərçivəsində həyata keçiriləcək layihənin müddəti 4 aydır.

Bu müddətdə ölkənin tanınan, ictima fikrə təsir göstərən KİV-lərindəki materiallar dil xüsusiyyətləri baxımdan nəzərdən keçiriləcək və hər ayın sonunda bununla bağlı müzakirə təşkil olunacaq.

Layihə çərçivəsində həmçinin monitorinqin nəticələrinin hər ay açıqlanması və sonda mövzu ilə bağlı ümumrespublika konfransının təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə