Azərbaycan niyə müharibəni sonadək aparmadı? - Rusiya alimi şərh edir

Sankt-Peterburq Dövlət Universitetinin "Postsovet məkanında beynəlxalq münasibətlər" kafedrasının professoru, tarix elmləri doktoru Niyazi Niyazov Pravda.Ru TV studiyasında fikirlərini bölüşüb. Müsahibənin növbəti hissəsini oxucularımıza təqdim edirik.

Əvvəli burada
1-ci hissə - https://sia.az/az/news/politics/840666.html
2-ci hissə - https://sia.az/az/news/politics/840910.html

- Qarabağ döyüşlərində tam hərbi qələbənin Azərbaycan üçün sadəcə zaman məsələsi olduğu anda Prezident Əliyev niyə dayandı?

- Hərbi qələbə cazibəsi kifayət qədər güclüdür, amma populistlərdən fərqli olaraq, Əliyev güclü siyasətçidir, beynəlxalq ictimaiyyətin reaksiya variantlarını hesablamaq da daxil olmaqla bütün məqamları nəzərə alır.

Dağlıq Qarabağdan kənarda işğal olunmuş rayonların azad edilməsi davam edərkən vəziyyət eyni idi. Azərbaycan artıq formal olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan əraziyə girməyə başlayanda isə vəziyyət fərqli idi.

Hər şeydən əvvəl Azərbaycanın guya dinc erməni əhalisini məhv etdiyi haqda Qərbdən informasiya dalğasının başlayacağını, bunun ciddi bir mənfi reaksiya doğuracağını başa düşürdü.

Belə olmasa da, Qərb bundan Azərbaycana siyasi təzyiq üçün istifadə edərdi. Əliyev bunu düzgün başa düşdü.

Başqa digər məsələləri də mükəmməl başa düşdü:

 Əlbətdə ki, Qərbə qarşı mübarizədə Rusiyanı diplomatik sahədə dəstək verməyə çağırardı. Ancaq Rusiyanın qaynaqları sonsuz deyil və bu beynəlxalq vəziyyətdə təkcə bizə etibar etmək səhv olardı.
 Türkiyənin də Qərblə çox gərgin münasibətləri var.
 İqtisadi cəhətdən Azərbaycan bir növ Qərblə əlaqəlidir, çünki neft ticarəti var.ğ

Əsas odur ki, qondarma "Dağlıq Qarabağ"ın gələcək gələcək statusu məsələsinin və öz müqəddəratını təyinetmə əsasında ikinci bir erməni dövlətinin yaradılması ilə bağlı məsələlərin aradan qaldırılması idi. Bütün bunları müqavilə imzalanana qədər artıq həll etmişdi.

Rusiyanın iştirakı olmadan olmazdı

Bu işdə Putinlə yaxşı münasibətlərin də rol oynadığı aydındır. Şübhəsiz ki, Putin Əliyevdən məsələləri tam son məğlubiyyətə gətirməməsini istədi, çünki Rusiya nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəmir.

 Əliyevin Putinə qarşı çıxması halında münasibətlər korlana bilər.

Azərbaycan bunu istəmir. Rusiyanın qismən qarant kimi çıxış etməsinin səbəbi də budur.

Üstəlik, sülhməramlıların gətirilməsi məsələsi- bir çoxu indi bu barədə danışmır- danışıqların başlanğıcından bəri davam edən bütün planlarda müzakirə olunurdu:

1. 90-cı illərin danışıqlarında;
2. "Kazan düsturu" nun danışıqlarında;
3. "Lavrov planı"na görə.

Və beləcə bütün müsbət və mənfi cəhətləri hesablayaraq Əliyev qərara gəldi ki, düşmən təslim olarsa, düşmən qələbədən imtina edərsə, qoşunlarını o zamana qədər azad edilməmiş rayonlardan: Ağdam, Kəlbəcər və Laçindan çıxarılmasına razı olarsa, o zaman buna görə sülhə razı olar. Və bununla özünə böyük bir üstünlük təmin etdi.

Əliyev Rusiyanın köməyi ilə regional iqtisadiyyat üçün yaxşı bir dəmir yolu bağlantısı açma fürsəti tapır və bir müddət sonra bu əlaqədə Rusiya və Türkiyənin iştirakı ilə bölgədə yaradılacaq ciddi iqtisadi əlaqələrin şahidi ola bilərik. Burada Azərbaycan birləşdirici, tranzit rolunu oynayacaqdır.

- Gəlin burada statusdan danışaq. Statusun artıq həll olunduğunu dediniz. Hansı? Onun çərçivəsi nədir?

- İndi bir çərçivə yoxdur, 3 tərəfin imzaladığı sənəddə heç bir çərçivə, status yoxdur. Bəlkə də nə vaxtsa statusla bağlı bəzi müzakirələr olacaq, amma bunun reallaşması üçün Rusiyadan olan sülhməramlıların vasitəçiliyi ilə yalnız erməni qaçqınlarının yox, həm də bu bölgədə yaşamış etnik azərbaycanlı köçkünlərin Qarabağın dağlıq hissəsinə qaytarılması təmin olunacaq.
Yalnız bundan sonra yəqin ki, hansısa bir növ statusdan danışmağa başlamaq mümkün ola bilər.
Ancaq o zaman söhbət yalnız Azərbaycandakı statusdan gedəcək. İndi müzakirə üçün başqa bir seçim yoxdur, çünki bir vaxtlar "Lavrov düsturu" na görə əhalinin iştirakı, hər kəsin hörmət göstərməli olduğu beynəlxalq səviyyədə tanınan statusun tərifi olmalı idi. İndi bu belə deyil.

İndi söhbət Azərbaycanın ərazi bütövlüyünün əslində tam şəkildə bərpa edilməsindən gedir. Bəlkə də fiziki nəzarət hələlik ölkənin bütün əraziləri üzərində deyil, amma siyasi, diplomatik nəzarət Bakı tərəfindən tam təmin edilmişdir.

- Azərbaycanın sülhməramlıların nəzarət etdiyi hissə üzərində suverenliyinin praktik olaraq bərpasını necə görürsünüz? Burada hansısa erməni "Kadırov" olacaqmı?

- Bəli, asanlıqla. Bu seçim istisna edilmir, xüsusən də Azərbaycanda- hamı bunu çox yaxşı bilir- ermənilər var, təxminən 30 min erməni.

Qorbaçovun hakimiyyətinin başlanğıcında başlayan bu müharibə hər iki xalqın həyatının məhv olmasına kömək etdi. Bu xalqlar 30 il geri atıldı. Ona görə də, Bakını dəstəkləyəcək siyasi qüvvələrin başında dayanmağa hazır insanlar var.

Aydın məsələdir ki, vətəndaşlar Azərbaycan pasportlarını almalıdırlar, Əliyev bunları rədd etmir və hamısına deyir ki, getmək istəsən, çıxıb gedə bilərsən. Kim qalacaqsa, ona Azərbaycan pasportu qeyd-şərtsiz veriləcək.

Tərcümə: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə