“Bu, təmiz terrordur. Normal insanlar belə döyüşmürlər...”

Rusiya Slavyansk İstilik Elektrik Stansiyasına zərbə endirib...

...30 oktyabr axşamı Rusiya ordusu Donetsk vilayətindəki Slavyansk İstilik Elektrik Stansiyasını atəşə tutub.

SİA-nın məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bunu axşam çıxışında açıqlayıb.

...İki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

...Bu, təmiz terrordur. Normal insanlar belə döyüşmürlər. Dünya belə bir Rusiya müharibəsinə layiqincə cavab verməlidir, - deyə prezident bildirib.

Zelenski qeyd edib ki, gecə ərzində baş verən kütləvi atəşin nəticələri ölkənin bir çox bölgəsində - Zaporojye və Nikolayevdən İvano-Frankovsk və Vinnitsa bölgələrinə qədər davam edir.

O əlavə edib ki, “Hücum mürəkkəb, birləşdirilmiş və qəsdən hesablanmış idi, buna qarşı durmağı çətinləşdirdi”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə