Azərbaycan müharibədə niyə və necə qalıb gəldi? - Rusiya alimi izah edir

Ermənistan və Azərbaycanın Rusiyanın vasitəçiliyi ilə imzaladığı Qarabağ sülh müqaviləsi müharibənin isti mərhələsinə son qoydu. Qarabağ münaqişəsi, oradakı zonasındakı status-kvonu dəyişdi, bu münaqişə ətrafında gedən döyüş əməliyyatları zamanı ortaya çıxan yeni reallıqlar yaratdı və tərəflərin öhdəliklərinə əməl etdikləri təqdirdə münaqişənin sona çatması perspektivini açdı.

Niyə Azərbaycan bu müharibəni qazandı? Sankt-Peterburq Dövlət Universitetinin "Postsovet məkanında beynəlxalq münasibətlər" kafedrasının professoru, tarix elmləri doktoru Niyazi Niyazov Pravda.Ru tv studiyasında fikirlərini bölüşüb. Müsahibəni oxucularımıza təqdim edirik.

- 94-cü il atəşkəs razılaşması imzalanandan sonra Azərbaycan bu müharibəyə hazırlaşırdı. Azərbaycan lap başdan bəyan etdi ki, münaqişənin sülh yolu ilə həlli üçün göstərdiyi səylər problemin həllinə gətirib çıxarmazsa, müharibə qaçılmaz olacaqdır. Tərəflər bir neçə dəfə, o cümlədən Rusiyanın vasitəçiliyi ilə, münaqişənin həlli üçün məşhur "Kazan formulu", "Lavrov planı" ilə bağlı razılığa gəlməyə yaxın idilər.
Lakin Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra bütün danışıqlar prosesi məhv edildi. Deyək ki, sonda onun qeyri-uzaqgörən və təxribat xarakterli açıqlamaları, 27 sentyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlamasına zəmin yaratdı.

Bu vaxta qədər Ermənistanın hərbi mütəxəssisləri və Rusiya, Fransa, Amerikadan olan bir sıra hərbi mütəxəssislərin dediklərinin əksinə olaraq, Azərbaycan ordusu bu müharibəyə çox diqqətlə hazırlaşırdı- yeni nəsil texnologiyalar cəhətdən də.

İndi bunu bütün mütəxəssislər qeyd edirlər. Müasir döyüş sistemlərində, ordunu yüksək texnoloji tamamilə yeni silahlarla təchiz edilməsinə üstünlük verildi, hansı ki, bir çox müasir texnoloji sistemlər dünyanın heç bir ordusunda yoxdur.

Çoxlu sayda xüsusi təyinatlı qüvvələrin hərtərəfli hazırlığı sayəsində Azərbaycan ordusu erməni tərəfinin bütün bu işğal illərində qurduğu güclü müdafiə xəttinin öhdəsindən gəldi. Tərifli "Ohanyan" xəttini qırmağa və əməliyyatı həyata keçirməyə müvəffəq oldular, bunun nəticəsində, faktiki olaraq, nəinki Qarabağda yerləşdirilmiş, həm də Ermənistanın özündən oraya köçürülmüş erməni silahlı qüvvələrinin əhəmiyyətli bir hissəsi məğlub oldu.

Vəziyyət erməni tərəfi üçün kritik idi, Prezident Putin bunu açıq şəkildə bildirdi və Rusiyanın mövqeyi olmasaydı, erməni tərəfi daha böyük itkilər verəcəkdi.

Bunun bir neçə səbəb var. 2 əsasını ayırmaq istərdim:
1. İqtisadiyyatı müharibəyə hazırlamaq. Azərbaycan yalnız neft ehtiyatlarının satışı ilə məşğul olmamış, həm də iqtisadiyyatın bütün sistemini məqsədyönlü şəkildə təkmilləşdirmişdir. Əlbətdə qüsurlar var idi. İlham Əliyev özü bunu bildirdi;
2. Öz silahlı qüvvələrinin inkişafına və yalnız silahların alınmasına deyil, həm də öz müəssisələrində bir çox silah növünün istehsalına, öz hərbi-sənaye kompleksinin yaradılmasına ciddi diqqət verdi.

Azərbaycan ən son silahları haradan alır?

Və bu vəziyyətdə Azərbaycan üçün ən vacib şey, hərbi əməkdaşlıq sahəsində özünə ciddi müttəfiqlər tapmağı bacarması və bunların arasında Azərbaycan ordusunun əsas silah təchizatçısı olan Rusiyanın da olması idi.
Bundan əlavə, döyüş sistemlərinin tədarükü üçün kəmiyyət baxımından götürsək, bir nöqtədə 90-cı illərdə bütün silahların çoxunu Azərbaycana satan Ukrayna idi. Ancaq bunu bir daha vurğulayıram, bu, 90-cı illərdə idi və 2000-ci illərdən bəri Rusiya inamla hərbi təchizatı öz əlinə aldı. Bundan başqa, Belarusiya və İsraildən də müəyyən silah texnika alındı. İsrail müasir pilotsuz təyyarələrin tədarükünün əsas mənbəyinə çevrilib.
Sonra türklər də Azərbaycan ordusu üçün silah təchizatçılarından biri oldular. Bunlar əsasən, polis qüvvələri üçün yüngül zirehli nəqliyyat vasitələridir. Və bu münaqişənin isti mərhələsində də fəal iştirak edən "Bayraktar TB2" dronları.

Türkiyə nə rol oynadı?

- Sizin nöqteyi nəzərinizdə Türkiyənin iştirakı, aparıcı rolu, informasiya sahəsindəki dəstəyi burada nə kimi rol oynadı?

- Türkiyənin dəstəyi həmişə olub. Başqa bir məsələdir ki, Türkiyə NATO-nun çox itaətkar üzvü kimi ondan güclü bir şəkildə asılı idi və Qərb tərəfdarı idi, Avropa İttifaqına daxil olmaq üçün hər vasitə ilə Vaşinqtondan, Brüsseldən gələn bütün məzəmmətləri dinləməyə hazır idi- Türkiyə faktiki olaraq Azərbaycana kömək etmədi.
Məlumdur ki, 1-ci Qarabağ müharibəsi zamanı Türkiyə Brüsselin narazılığından qorxduğu üçün Azərbaycana bir dənə də olsun hərbi texnika satmadı, hətta kiçik silahlar da satmadı.

Zamanla, Türkiyənin öz iqtisadiyyatında ciddi bir modernizasiya həyata keçirməsindən sonra, xüsusilə Ərdoğanın partiyası hakimiyyətə gəldikdən sonra daha müstəqil bir yol tutmağa başladı.

Bu kursun istiqamətlərindən biri, əlbəttə ki, münasibətlərdə eniş-yoxuş yaşanan Rusiya ilə aktiv bir yaxınlaşma idi. Bunu nə Türkiyə rəhbərliyi, nə də Rusiya rəhbərliyi gizlədir. İstiqamətlərdən biri Rusiya ilə qarşılıqlı yaxın əməkdaşlıq olduqda, o andan etibarən Türkiyə Qarabağ münaqişəsində daha fəal mövqe tutdu və Azərbaycana dəstək verdi.

Ancaq əsasən, bir daha vurğulayıram, bu, əsasən uzun müddət müxtəlif beynəlxalq təşkilatlarda siyasi dəstək idi. İqtisadi dəstək belə çox deyildi, çünki bu çoxlarına paradoksal görünə bilər- Azərbaycanın Türkiyədəki investisiyaları Türkiyənin Azərbaycandakı investisiyalarından qat-qat çoxdur.

Azərbaycanın kiçik bir ölkə üçün çox pulu var

Bu gün bu ölkənin qızıl-valyuta ehtiyatları təqribən 50 milyard dollar olaraq qiymətləndirilir, 10 milyonluq bir əhali üçün bu böyük bir rəqəmdir, daha da inkişaf etmiş Avropa ölkələrində belə bu həcmdə qızıl-valyuta ehtiyatları yoxdur.

Buna görə də bölgədə maraqları olan, ilk növbədə orada fəal inkişaf edən enerji və nəqliyyat və logistika layihələrinin icrası ilə əlaqəli olan Türkiyə artıq Azərbaycana hərbi-texniki yardım göstərməyə və haqqında danışdığım pilotsuz təyyarələr verməyə başladı.

Bundan əvvəl Türkiyənin hərbi yardımı əsasən zabitlər və xüsusi təyinatlıların təhsili ilə məhdudlaşırdı. Üstəlik, bu təlim hətta Azərbaycan ərazisində də aparılmamışdı; bir çox azərbaycanlı zabitlər və əsgərlər Türkiyənin müvafiq təhsil müəssisələrində oxudular. Bununla yanaşı, Rusiya və Amerika da daxil olmaqla digər ölkələrin hərbi təhsil müəssisələrində də eyni şeyi etdilər. Bu, məqsədli hazırlıq idi.

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə