Ukrayna mətbuatı Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərlərə geniş yer ayırıb

Ukrayna mətbuatı Azərbaycanın Laçın rayonunun işğaldan azad olunmasına dair xəbərlərə geniş yer ayırıb.

SİA xəbər verir ki, “RBK-Ukrayna”, “Gordon”, “Dialog.ua”, “Podrobnosti.ua” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələri kalonunun Laçın rayonuna daxil olması barədə məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Ukrayna mətbuatında Azərbaycan hərbçilərinin Laçında Dövlət Bayrağımızı sancması videosu da yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...