İrəvanda müxalifətçilərə hücum olub

İslahatçı Partiya üzvləri və müxalifət fəallarının, hakim "Mənim addımım" blokundan olan millət vəkili Koryun Mkrtçyanın mandatının alınmasını tələb edən dinc etiraz aksiyası zamanı Kiyevyan küçəsində hücuma məruz qalıblar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə İslahatçı Partiyanın rəhbəri Vahan Babayan məlumat verib.

“Aktivistlər yaralanaraq aksiyanı dayandırdılar. Hücumu həyata keçirənlərin təcili tapılması və onlara qarşı qanuna uyğun olaraq ağır cəza tətbiq edilməsi tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət edirəm", deyə o xüsusilə qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...