“Fransa Senatının qərarı yazılmış kağız parçası Azərbaycan diplomatiyasına xəbərdarlıq siqnalı olmalıdır“

Rasim Quliyev,

Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri

Elmar Məmmədyarovun səfirləri Eldar Həsənov, Elmira Axundova kimilər ticarət fəaliyyəti ilə diplomatik missiyanın fərqini səhv salırlar

Fransa senatında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı ərazi bütövlüyümüzə hörmətsizlik və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə müşaiət olunan qətnamənin qəbul edilməsi Azərbaycan diplomatiyasını oyadıb çevik hücum taktikasına keçməyin vaxtının çatdığı barədə xəbərdarlıq olmalıdır. Necə ki, Ali Baş Komandan qəhrəman, peşəkar Azərbaycan əsgəri ilə çevik, ağıllı hərbi-taktiki əks hücumla müasir dünyanın ən sürətli, intellektual, yüksək texnoloji müharibəsi nümunəsini yaradaraq döyüş sahəsində, hərb meydanında zəfər çaldı, indi növbə diplomatiyanındır.

Sözsüz ki, Azərbaycan Prezidentinin beynəlxalq siyasəti və xarici siyasət strategiyası bugünkü Azərbaycanın dünyadakı nüfuzunu, siyasi çəkisini, iqtisadi gücünü şərtləndirir və nümayiş etdirir. Ancaq diplomat kadrların vətənpərliyi, peşakarlığı və çevik fəaliyyəti qətiyyən hərbi zəfərimizi şərtləndirən heç parametrlə səsləşmir, hətta müqayisə belə olunmur.

Əgər Elmar Məmmədyarov bu yaşa qədər azərbaycanlı adı ilə qediyyatdan keçib məsul bir vəzifə daşıyıbsa və bu xalqın, bu millətin dilində danışmağı, yazıb oxumağı öyrənə bilməyibsə onun təfəkkürü düşüncə tərzi, milli bağlılığı, vətənpərvərliyi, milli ruhu necə ola bilər və yaxud necə formalaşa bilərsə bu aydın sual və bəlli cavabdır.

Həmin baş diplomatın peşəkarlıq, vətənpərvlik keyfiyyətləri də ən kritik, ən məsuliyyətli məqamlarda Azərbaycanın Rusiya və Ukrayna səfirlərinin timsalında özünü açıq biruzə verdi. Azərbaycanın Ukraynadakı səfiri bircə dəfə nəsə demək istədi “Quş buraxdı” və onunla da bilindi ki, Elmira Axundova səfir imiş və Rusiyaya xüsusi simpatiyası var imiş. Ya da Eldar Həsənov.

Diplomatlarımızın xeyli hissəsi, göründüyü kimi nəinki çevik, qabaqlayıcı, təşəbbüskarlıq, hücüm taktikası, heç müdafiə taktikasını da aktiv fəaliyyət sərgiləyə bilmirlər.

Fransa senatından Fransa Respublikasının yaxın tarixdə dünyanın müxtəlif xalqlarına qarşı törətdiyi işğalçılıq, müstəmləkəçilik, soyqırım faktlarından utanacağını gözləməyə dəyməz.

Fransa dövləti və senatı tarixdə fransızların digər xalqlara qarşı, müstəmləkəçilik və işğalçılıq faktlarından utansaydı bu gün işğalçı Ermənistanı Fransa Prezidenti səviyyəsində açıq aşkar dəstəkləyə bilməzdi. Deməli Fransanın münasibəti, siyasəti budur və bu formalaşmış münasibət nəzərə alınmaqla aktiv diplomatiya sərgiləməlidir.

1991-ci ildə Azərbaycan müstəqillik elan edəndən dörd ay sonra Fransa Azərbaycanın müstəqilliyini tanıyıb və 1990- cı illərdə dağılmış SSR-i məkanı uğrunda geosiyasi oyunda aktiv maraq nümayiş etdirməsinə rəğmən bugün regionda baş verən proseslərdə heç bir təsir imkanına malik deyil. Oyundan kənarda qalan Fransa məğlub kimi oyundan kənarlaşdırılmaq ərəfəsində, əslində faktiki vəziyyətini hansısa ucuz nömrələrlə pərdələməyə çalışır .

Bir növ ABŞ prezidenti Donald Trampın vəziyyəti kimi uduzduğunu boynuna almaq əvəzinə, belə şərait yaratmağa çalışır ki, onu zorla kənarlaşdırsınlar. Fransa da elə davranır ki, Azərbaycan tərəfi onu həmsədirlikdən kənarlaşdırsın.

Azərbaycan Respublikasının Ali Baş Komandanı əks-hücüm əməliyyatı ilə qısa zamanda sürətli qəti hərbi qələbəsi ilə regionda yeni geosiyasi vəziyyət yaratdı ki, Fransa bu prosesdə təsir imkanı və zamanı əldə edə bilmədi.

Ermənistan hərbi-siyasi məğlubiyyəti ilə Fransanında regionda geosiyasi proseslərdə rolu və maraqları baxımından məğlubiyyəti çox oxşardır. Necə ki, işğalçılıq və soyqırım xarakteri oxşardır.

Bütün xəbərlər Facebook səhifəmizdə