Hayların növbəti məğlubiyyət damğası TƏHLİL

Hayların növbəti məğlubiyyət damğası TƏHLİL

Bir ölkənin vətəndaşları, özünü xalq adlandıran bir qaraçı tayfası, ermənilər məğlubiyyətlərini həzm edə bilmirlər. Məğlubiyyətlərini isbatlayan sənədi imzalayan baş nazirinə zəhərini tökmək üçün günlərlə küçələrdən bu toplumun hələ də yığışmaması təsdiq edir ki, öz haylar onlara vurulan növbəti məğlubiyyət damğasının fərqindədirlər.

Ermənistan Respublikasının narahat olan vətəndaşları baş nazirlərindən tutmuş, ən adi səlahiyyətlilərinə qədər məğlubiyyətləri ilə bağlı suallar ünvanlayırlar. Məğlubiyyətlərini isbatlayan sənədin imzalanmasına qədər aldadılan və bu səbəbdən də o zamana qədər özlərini qalib kimi zənn edən erməni cəmiyyəti indi özünə sığışa bilmir. Ermənistanda isə təlatümlərin hələ bundan sonra nə qədər davam edəcəyi və bunun nə ilə, daha doğrusu hansı faciələrlə nəticələnəcəyini, onun miqyasını belə söyləmək çətindir. Çünki, bu işğalçı ölkə vətəndaş müharibəsi astanasındadır. Qarşıdurmalar, xaos, hakim partiyada belə fərqli mövqelərin olması, bir-birinin ardınca istefalar daha geniş miqyaslı faciələrdən xəbər verir.

Bəli, çox deyilirdi bu cahil kütləyə ki, işğalçılıqla, terrorçuluq və separatçılıqla uzağa gedə bilməyəcəklər. Ölkə başçısı, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də bu gün xalqa müraciətində xatırlatdı ki, onlara bu işğalçılıq siyasətinin ağır nəticələr vəd etdiyini dəfələrlə deyib. Nəticədə, onların öz suverenliyindən məhrum olacaqları xatırladılıb. Bəli, nəticə göz önündədir və ölkə başçımızın da qeyd etdiyi kimi, Ermənistan artıq bir dövlət olaraq nə suverenlikdən, nə müstəqillikdən danışa bilməz. Bütün məhrumiyyətlərə düçar olan bir ölkənin gələcəyi sual altındadır.

Maraqlıdır, bir zaman gedib Qarabağda şərab içib, sonra da sərxoş vəziyyətdə rəqs edən bir baş nazir işğal etdikləri torpaqlardan məhrum edildiyində niyə, Şuşa, Qarabağ torpaqları onlara lazım idimi sualını verirdi səlahiyyətlilərə? Bəs erməni səlahiyyətliləri, Ermənistan Milli Məclisinin deputatları bu sualın qarşılığında niyə sorumadılar ki, ay Nikol, belə lazımsız idisə, niyə gedib o torpaqlarda yeyib-içib oynaqlayırdın? Hər bir halda, onsuz da küçədən gələn bu əldəqayırma diplomata elə küçələrdən də suallar ünvanlanır onsuz da. Bu suallar da onun sonun vəd edir və ən yaxın zamanda aqressiv erməni xisləti vəd olunanı reallaşdıracaq. Sadəcə, hələki Nikol ələ keçməyib, keçən kimi ona əl gəzdiriləcək ermənilər tərəfindən. Çünki, Nikol Paşinyan məğlubiyyət damğasını özünü xalq adlandıran, ən azından bütöv bir toplumun, tayfanın, qaraçı tayfasının alnına vurdu və onları bu damğanı daşımaq məcbiriyyətində qoyanı hansı hala düşürəcəkləri təxmin edilə bilər.
Paşinyanın pafosla şişirdiyi şarlar partladı

Müdafiə Nazirliyinin keçmiş müfəttişi, general Movses Akobyan keçirdiyi mətbuat konfransında iki il yarım müddət ərzində bu hökumət, xüsusən də Nikol Paşinyan tərəfindən şişirdilmiş bir şarı partlatdı və müharibədə necə və hansı rüsvayçılıqla qarşılaşdıqlarını, hansı rəzalətlə məğlub olaraq çıxdıqlarını bir-bir sadaladı. O, xüsusilə qeyd etdi, ölkəsinin müharibəyə hazırlığı olmayıb və ümumiyyətlə, qarşı tərəfə, Azərbaycan tərəfinə tap gətirmək gücündə olmayıb. Akobyan xüsusilə, ölkəsində müharibənin gedişi ilə əlaqədar erməni cəmiyyətinə dezinformasiyalar verilməsinə də toxunub. Diqqətə çatdırıb ki, müharibənin 44 günü boyunca dezinformasiyaların verilməsi, yalanların yayılması ölkəsini nəinki müharibədə məğlub etdi, ümumilikdə, müharibədən sonrakı durumda da erməni cəmiyyətini dağıtdı. Çünki, yalan informasiyalarla beyinləri doldurulan, aldadılan ermənilər bu gün məğlubiyyətlərini anlaya bilmirlər və küçələrdəki aqressiyaları da həmçinin bununla bağlıdır ki, qalibiyyət xəbərləri verən bir hökumətin, bir hakimiyyətin, onun baş nazirinin birdən gecə yarısı məğlubiyyətlərini isbatlayan sənədə imza atması necə olur.

Müdafiə Nazirliyinin keçmiş müfəttişi diqqətə çatdırıb ki, hərbidə yalan həqiqətin 30%-dən çox olmamalıdır, deyə bir meyar var. Vurğulayıb ki, amma bu hakimiyyət 30% yox, 100 faiz yalan danışıb. Yəni, erməni generalı nəzərə çatdırıb ki, bu Ermənistan hökuməti, onun baş naziri tamamilə yalan danışıb və suallar da bu səbəbdən ortaya çıxır. Bu eyni zamanda o deməkdir ki, təkcə müharibə dönəmində deyil, ondan əvvəl də Nikol yalanlar danışıb, şişirdilmiş, pafoslu sözlərlə auditoriyanı aldadıb. Həmçinin, bu yalanların hal-hazırda davam etdiyinə də bu dəlalət edir. Əbəs yerə deyil ki, Momses Akobyan barədə tədbir görməyi planlaşdırır Ermənistan hakimiyyəti və şübhə yoxdur ki, bu tədbirlərin plan və tapşırıqları Nikol Paşinyan tərəfindən verilib.
Akobyan hərbçi mütəxəssislərin əvəzinə, baş nazirin arvadı Anna Akobyanın hərbi sığınacaqlarda qalması, hərbi planlar qurması, hərbi əməliyyatlara rəhbərlik etməsinə də toxunub və qınayıb. Bunun qəbuledilməz olduğunu bildirib. Bütün bunların gülünc və utancverici olduğuna diqqət çəkib Movses Akobyan. Xüsusilə, vurğulayıb ki, ordu və ölkənin hərbisi istirahət, eyş-işrət yeri deyil və Ermənistanda bu belə olub. Nəzərə çatdırıb ki, Ermənistan ordusundan fərqli olaraq, ordunun qazanması, əsgərlərin ölməməsi üçün istirahət etmək yox, təlimlərdə tər tökmək, əziyyətə alışmaq tələb olunur.

Heç şübhəsiz ki, sorğu-sual üçün dəvət olunan Akobyan sərbəst buraxılmayacaq və dediklərinə görə Paşinyan hakimiyyəti tərəfindən hədəf seçilib. Maraqlıdır, Ermənistanın başbilənləri, səlahiyyətliləri, bu ölkənin hakimiyyəti, vətəndaşları, elə Nikol özü də buna dövlət deyirmi? Özü də utanmadan demokratik dövlət deyirlər və bu özü də simasızlıqlarını isbatlayır. Hər hansı bir normal ölkədə, belə bir mətbuat konfransından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları bir iş açmırlar. Təbii ki, onu da susdurmaq üçün Nikol Paşinyan öz repressiya mexanizmini işə salacaq, amma, nə bu repressiyalar, nə də bəhanələri Ermənistanı məğlubiyyət damğasından azad edən deyil, nə də bunun bir faydası olan deyil bu erməni cəmiyyətinə.
İkiqat cəhənnəm

Gündəlik “Hraparak” qəzetinin baş redaktoru Armine Ohanyan yazır ki, başqa nə aşkarlanmalı idi ki, erməni baş nazirinin kimliyi üzə çıxsın? O, qeyd edir ki, qorxu faktoru hələ də erməni cəmiyyətini təqib edir. Həmçinin xatırladır ki, məruz qaldıqları məğlubiyyəti təsdiqləyən alçaldıcı müqavilənin necə imzalandığı barədə açıqlama da verilməyib erməni cəmiyyətinə və bundan sonra da açıqlama verəcək kimi görünmür.

Baş redaktor mövcud hakimiyyəti xəbərdar edib ki, insanlar danışmağa və gerçəkliyi tələb etməyə davam edəcəklər. Hətta nəzərə çatdırıb ki, dünən keçmiş hərbi müfəttiş Movses Akobyan ilk addımı da atıb və geniş ictimaiyyətə məlum olmayan detalları dürüst danışıb.

Qeyd edək ki, Movses Akobyanın dediyi kimi, Ermənistan tərəfi müharibə ilə bağlı tam yalan danışdığı zaman Armine Ohanyanın baş redaktoru olduğu mətbuat səhifəsi Arsrun Ovhannisyanın yalanlarından yazdığı zaman Ermənistan hakimiyyəti onlara “daş atıb”. Bu gün baş redaktor onlara verilən yalan məlumatları yayımladığına görə erməni cəmiyyətindən üzr də istəyib.

Baş redaktorun da qeyd etdiyi kimi, görnür erməni cəmiyyəti ikiqat cəhənnəm yaşamalı olub və bunu onlara mövcud Ermənistan hakimiyyəti, şəxsən Nikol paşinyan komandası yaşadıb ki, bunun da hesabı indi onlardan sorulur. Birinci cəhənnəmi erməni cəmiyyətinə müharibə meydanında yaşadılıb. Bu zaman, yəni müharibə zamanı işğalçılıq, terrorçuluq, separatçılıq siyasəti yürüdən, faşizmi təbliğ edən, xəstə təxəyyülə, ideologiyaya xidmət edənlər erməni əsgərlərinə cəhənnəm yaşadıblar öz cürük əqidələri sayəsində. Çünki, özgə torpağına göz dikən, işğalçılıq niyətində olanların qanunsuz şəkildə erməni əsilliləri, Ermənistan vətəndaşlarını başqalarının torpaqlarında vuruşmağa göndərənlər onları cəhənnəm əzabı ilə üz-üzə qoyublar. Rəşadətli Azərbaycan Ordusu torpaqlarına göz dikənin payını layiqincə vermək iqtidarındadır və buna görə haqq sahibidir. Amma haqq sahibi olmayan həmin özgə torpaqlarına öz vətəndaşlarını göndərənlərdir ki, bu mənada da onlara cəhənnəm əzabını vermiş oldular. Onsuz da od-alov içində qovrulan erməni əsgərləri elə cəhənnəm əzabını çəkərək məğlubiyyətə düçar oldular və unutmaq lazım deyil ki, bu onların ilk cəhənnəmi idi. Çünki, ikinci bir cəhənnəm onları müharibədən sonra gözləyirdi və Ermənistanın baş nazirinin cəhənnəmi indi işğalçı ölkənin küçələrini bürüyüb.

Təsəvvür edəndə ki, erməni əsgər anaları övladlarını məğlubiyyət fonunda itiriblər adamın tükləri biz-biz olur. Düşünəndə ki, onlar vətənləri uğrunda deyil, özgə torpaqlarında, özü də kimlərinsə siyasətinə qurban veriliblər meydanlardakı kütləni qınamaq da olmur. İndi erməni cəmiyyəti sual etməkdə haqlıdır ki, belə məğlubiyyətə imza atan Ermənistan hakimiyyəti niyə onların balalarını qırğına verirdi?

Bir sözlə, Ermənistan bu haqsız mübarizəsində, bu işğalçılıq siyasətində ikiqat cəhənnəm yaşamaq məcburiyyətindədir. Bunun biri cəbhədə, digəri isə ölkənin daxili həyatında reallaşdı. Çox güman ki, bu ilahi ədalətin təcəllasıdır. Çünki, rəbbimiz ədalətsizliyə cavab veriləcəyinə əmin edir və cəhənnəm əzabı da məhz günahların cavabı olaraq nəzərdə tutulur. Amma, nəzərə alsaq ki, bu gün erməni cəmiyyəti, onun hakimiyyəti səhvlər etməkdə davam edir, ən azından vətəndaş müharibəsinə, digər müharibələrə can atır, ola bilsin Ermənistan hələ cəhənnəmin üçüncü, dördüncü qatını da görməli oldu.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə