"Putinin açıqlamaları Ermənistanın maraqlarına cavab vermir" - ŞƏRH ÖZƏL

"Putinin açıqlamaları Ermənistanın maraqlarına cavab vermir" - ŞƏRH ÖZƏL

"Rusiya prezidenti Putinin fikirlərində Azərbaycanın maraqlarına cvb verən bir çox ifadələr səslənib. Bu, bizi təbii ki, qane etməyə bilməz. Çünki burada həm Ermənistanda vəziyyət, həm Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması, həm Türkiyənin rolunu, həm də Minsk Qrupunun fəaliyyəti kifayət qədər geniş və dəqiq qimətləndirilib. Putin bu məsələyə öz münasibətini geniş şəkildə bildirib. Əgər biz bütün prosesləri bu münaqişənin ilk günündən axır gününə qədər izləsək görərik ki, Putin faktiki olaraq bizim mövqeyimizi yüksək qiymətləndirib". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Ekspertin sözlərinə görə, əvvəla qeyd edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Azərbaycan öz tarixi torpaqlarını azad edir: "Qarabağ Azərbaycana məxsus olan torpaqdır. Digər tərəfdən də onu da deyib ki, Azərbaycanın orada kiməsə müxtariyyət verib verməməsi özünün daxili işidir. Heç kim buna müdaxilə edə bilməz. Azərbaycan Prezidenti də öz növbəsində kifayət qədər açıq şəkildə deyib ki, bundan sonra Azərbaycan torpağında heç bir muxtariyyət ola bilməz. Bu məsələ aydındır və artıq bağlanıb. Putin həmçinin Türkiyənin rolunu da yüksək qiymətləndirib. Bunu iki istiqamətdə qəbul etmək lazımdır. Birincisi Putin həqiqətən düzgün qeyd edib ki, Türkiyənin regionda artan rolu SSRİ-nin dağılmasının nəticəsidir. Bu həqiqətən belədir. Putin bununla onu diqqətə çatdırmaq istəyir ki, Azərbaycan hələ Sovet zamanından Türkiyə ilə qarşılıqlı hörmət, məhəbbət yüksək səviyyədə olub. Bu da təbii ki, Moskvanı qıcıqlandırıb".

F.Sadıqov vurğulayıb ki, indi isə Putin kifayət qədər açıq şəkildə bildirib ki, Türkiyə beynəlxalq hüquq normalarına uyğun hərəkət edir: "Türkiyə Azərbaycanın müttəfiqidir və bu onların öz işləridir. Əslində bu onu göstərir ki, gecə müzakirələri, birgə bəyanatın imzalanması və bu bəyanatın həyata keçirilməsi yolları bütün bunlar dövlət Başçımızla əvvəlcədən çox geniş müzakirə olunub. Görünür, hər iki dövlət başçısı müəyyən razılığa gəliblər və Putin bunu yüksək qiymətləndirib. Düşünürəm ki, bundan sonra Azərbaycan üçün Rusiya tərəfdən problem yaranmamalıdır. Təbii ki, bu Ermənistanda böyük bir qıcıq yaradacaq. Çünki Ermənistan hesab edir ki, Rusiya onların müttəfiqidir. Belə olan halda Putinin açıqlamaları onların maraqlarına cavab vermir. Düzdür hələ həll etməli olduğumuz bir sıra məsələlər var və biz bu yöndə irəriləyirk. Putinin bu açıqlamalaları isə bizim irəliləyişimizdə müsbət bir fon yaradır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə