Tonoyan da gedir İSTEFASI HAZIRDIR

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana yaxınlığı ilə seçilən amlur.am saytının yazdığına görə, hakimiyyətə yaxın mənbələr ölkənin müdafiə naziri David Tononyanın istefa verəcəyini bildirirlər. SİA-ya daxil olan məlumata görə, David Tonoyanla bağlı narazılıqlar hakim fraksiyanın daxilində də yaşanır. Belə ki, "Mənim addımım" fraksiyasının deputatı Andranik Kçaryan jurnalistlərlə keçirdiyi brifinqində Tonoyanla bağlı kəskin narazılıqlarını ifadə edib.

Xatırladaq ki, məhz David Tonoyan 2019-cu ilin martında Azərbaycanı yeni ərazilər uğrunda müharibə aparmaqla hədələmişdi. Görünür, istefa verməyə hazır olan Tonoyan həmin vaxt verdiyi yersiz bəyanatının nə qədər təhlükəli olduğunu həmin vaxtlar ciddi anlamayıb və indi bəlkə də, bu sözlərinə görə peşmandır. Lakin sonrakı peşmançılıq fayda vermir və o, ağası Nikol Paşinyanla, eləcə də hakim komandanın digər üzvləri ilə həm beynəlxalq məhkəmə instansiyalarında, eyni zamanda, erməni xalqının da qarşısında cavab verməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə