"Paşinyanın istefası müzakirə mövzusudur" Naira Zoqrabyan

"Paşinyanın istefası müzakirə mövzusudur" Naira Zoqrabyan

"Baş nazir Nikol Paşinyanın istefası və hərbi vəziyyətin ləğv edilməsi müzakirə edilməli olan iki əsas məsələdir". SİA armenianreport-a istinadən xəbər verir ki, bunu millət vəkili Naira Zoqrabyan çərşənbə axşamı parlament iclasında bəyan edib.

“Çiçəklənən Ermənistan” müxalifət fraksiyasından olan millət vəkili, “hələ ki, hər şeyi məhv etməyib, Paşinyanın hərəkətlərini ən qısa müddətdə dayandırmaq və mövcud vəziyyəti düzəltməyə çalışmaq lazımdır”, deyib.

Millət vəkili “Ermənistanda vətəndaş müharibəsi olmamalı, bir erməni başqa bir erməninin qanını tökməməlidir”, deyə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə