Bu gün Milli Məclisin iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasda Azərbaycan hökuməti ilə bir neçə dövlətin arasında hökumətlərarası saziş müzakirə olunacaq, "İcra məmurları haqqında", "Banklar haqqında", "İpoteka haqqında", "İnzibati icraat haqqında", "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında", "Əmək pensiyaları haqqında" qanunlara dəyişikliklər olunacaq.
İclasda Ailə Məcəlləsi, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Əmək Məcəlləsi və Vergi Məcəlləsinə də dəyişiklik ediləcək.
Bundan başqa, "Sosial xidmət haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB