Aleksey Makarin: "İlham Əliyev qalib və Milli Qəhrəmandır" FAKT

Aleksey Makarin: "İlham Əliyev qalib və Milli Qəhrəmandır" FAKT

Rusiyalı tanınmış politoloq, tarixçi və jurnalist, Siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Makarkin atəşkəsin əldə edilməsini təsdiq edən bəyannamə sənədi ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, bu sənədlə Ermənistan Qarabağı tamamilə itirib. Onların yeganə təsəllisi yerli ermənilərin Qarabağda yaşamaq şansı və dəhliz vasitəsi ilə Ermənistana getmək imkanıdır. SİA xəbər verir ki, rusiyalı politoloqun sözlərinə görə, Prezident İlham Əliyev qalib və milli qəhrəmandır.

Makarkin Türkiyə sülhməramlıların qərargahında yer almasını bu ölkənin Cənubi Qafqazdakı təsir gücünə malik olması ilə izah edib. O, eyni zamanda, Rusiyanı ermənilərin varlığı üçün yeganə qarant olduğunu da deyib. "Ermənistanın sülhə getməkdən başqa alternativi yox idi", deyən Makarkin bunu belə izah edib: "Suriyanın təcrübəsində də göründü ki, sən könüllü dəstələrlə nizamsız birləşmələrə qarşı döyüşə bilərsən, amma raket və pilotsuz təyyarələrə malik müasir ordu önündə gücsüzsən".

Politoloq Şuşanın alınmasının da müharibədə həlledici olduğunu bildirib və qeyd edib ki, Azərbaycan 5 il başa çatandan sonra birtərəfli qaydada sülhməramlıların fəaliyyətindən imtina edə bilər və müqavilədə ona bu hüququ verən bənd var. Hansı ki, Dnestryanı, Abxaziya və Cənubi Osetiya ilə bağlı imzalanan müqavilələrdə belə bir bənd mövcud olmayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə