“Biz təkcə qələbə qazanmadıq, həm də düşmənin belini qırdıq" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Ordusunun dəmir yumruğu düşməni təslim olmağa vadar etdi”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.
“Biz təkcə qələbə qazanmadıq, həm də düşmənin belini qırdıq. Əlli il də bundan sonra erməni xalqı qəddini düzəldə bilməyəcək. İşğal altında olan bütün torpaqlar tezliklə Azərbaycana qayıdacaq. Qarabağda elə bir qəsəbə, elə bir kənd qalmayacaq ki, orada Azərbaycan bayrağı dalğalanmasın. Azərbaycan əsgəri erməni mifini dağıtdı. İndi bölgədə söz sahibi Azərbaycandır. Bu qələbə Azərbaycanı daha güclü, daha qüdrətli dövlətə çevirəcək. Biz heç vaxt geri dönməmək şərti ilə tezliklə torpaqlarımıza qayıdacağıq. Bu qüruru bizə yaşatdığına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəman Azərbaycan əsgərinin silah tutan əllərindən öpürəm!”-deyə, S.Verdizadə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB