"Paşinyan hakimiyyətinin elə ən böyük xəyanəti məhz Rusiyaya qarşıdır" ÖZƏL-MÜNASİBƏT

“Əfsuslar olsun ki, neo faşist idealogiyasına sahib olan Ermənistan hakimiyyəti yenidən cəbhədən uzaq mülki ərazilərimizi vurmağa davam edir. Yenidən mülki şəxslər arasında dünyasını dəyişən şəxslər var. Ermənistanın təxribatı nəticəsində sentyabrın 27-dən başlayan hadisələr zamanı Azərbaycanda dünyasını dəyişən mülki şəxslərin sayı onlarladır. Bu şəxslərin yeganə günahı onların azərbaycanlı olmaqlarıdır. Nə beynəlxalq hüquqa, nə də insanı dəyərlərə sığan bu əməllərə ordumuz müharibə meydanında cavab verir”. Bunu SİA-ya millət vəkili Şahin İsmayılov deyib.

Deputatın sözlərinə görə, Gəncəyə edilən hücum nəticəsində dünyasını dəyişən 2007-ci il təvvəlüdlü Mayakov Artur Vladimiroviçin ölümünə Rusiya Federasiyasında xüsusi diqqət veriləcək. Çünki hər bir dövlətin ən əsas vəzifəsi dünyanın harasında olmasından asılı olmayaraq öz vətəndaşlarının təhlükəsizliyinə dəstək olmaqdır. Azğınlaşmış və hakimiyyəti faktiki olaraq idarə edə bilməyən Paşinyan artıq bütün region təhlükəyə çevrilir. Düşünmədən balistik raketləri mülki insanların yaşadığı ərazilərə atan xəstə təxəyüllü Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir.

“Ümid edirəm ki, bəzi hallarda Rusiya mətbuatında və bəzi siyasi dairələrində ermənilərə dəstək olmağa çağıran şəxslər öz vətəndaşlarının erməni təxribatı nəticəsində ölməsinə nəhayət ki, düzgün qiymət verəcəklər. Rusiya cəmiyyəti də ermənilərin bu təxribatına qarşı ortaya konkret mövqe qoymalıdırlar. Necə ola bilər ki, Rusiyanın Ermənistana verdiyi siıahlar Rusiya vətəndaşlarını öldürməyə başlayıb? “Qarabağ ermənistandır və nöqtə” deyərək bütün danışıq proseslərinə son qoyan, hər bir çıxışında təxribat törətməyə çalışan Paşinyan hakimiyyəti baş verən bütün bu hadisələrin səbəbkarıdır. Paşinyan hakimiyyətinin elə ən böyük xəyanəti məhz Rusiyaya qarşıdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan bütün ərazilərimizi geri qaytaracaq. Ordumuz bu kriminal xuntanın cavabını məhz döyüş meydanında verməyə davam edəcək”-deyə, deputat qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...