Ordumuzla bağlı məlumatların yayılması məsuliyyətə səbəb olur VİDEO

Azərbaycan Respublikasının Baş Prokurorluğu mövcud müharibə vəziyyətini nəzərə alaraq, sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib. SİA-nın verdiyi xəbərə görə, Baş Prokurorluğun mətbuat xidmətinin bununla bağlı hazırladığı və ictimaiyyətə təqdim etdiyi videoçarxda Azərbaycan Ordusunun əməliyyatlarına dair video, fotoşəkil və informasiyaların paylaşılmamasının yolverilməz olduğu bildirilib. Qeyd edilib ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı üçün təhlükə yaradır.

Baş Prokurorluq diqqətə çatdırıb ki, bu kimi hərəkətlər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə