Paşinyanın qızı üsyan etdi: "Xəyallarım puç oldu"

Terrorçuluq siyasətini rəsmi şəkildə icra edən Ermənistanın baş naziri Nikol Paşinyanın utopik və populizm üzərində qurduğu xam xəyalları əridikcə, erməni xalqının da "kürkünə" sözün əsl mənasında "birə" düşüb. Artıq onlardan birinin də etirafı kifayət qədər maraq doğurmaqdadır. SİA xəbər verir ki, bu dəfə onun qızı Məryam Paşinyan türk qardaşlarımız demişkən bunalıma düşüb və depressiyadan çıxa bilmir. O, sosial şəbəkə hesabında yazıb: " Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi".

Beləliklə, bir ölkənin baş nazirinin övladı ordularının zəif və məğlub duruma düşdüyünü etiraf edirsə, eləcə də istənilən xəyallarının puç olduğunu bildirirsə, bu zaman onun sosial şəbəkələrə şikayət rəyləri yazmasına ehtiyac yoxdur. Daha yaxşı olardı ki, Maryam cavabları atası Nikol Paşinyanın yaxasından yapışmaqla soruşmalı, hesabını sormalıdır. Hər halda Azərbaycana qarşı terror siyasətini davam etdirməkdə məqsədli görünən, mülki vətəndaşlarımızı hədəfə alan, körpələrimizi öldürən ordunun komandanı da onun atası - Nikol Paşinyandır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...