Daha 25 hərbçi ölümü etirafı ilə itkiləri gizlətməyə çalışır Ermənistan
Ermənistan tərəfi daha 25 hərbçisinin döyüşlər zamanı öldüyü barədə bildirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma Qarabağ Müdafiə Ordusu informasiya yayıb.
İnformasiyada qeyd olunur ki, 27 sentyabrda döyüş əməliyyatları başlayandan bəri Ermənistan tərəfinin itki sayı 429 nəfərə çatıb.
Xatırladaq ki, bu il 27 sentyabr tarixindən etibarən Ermənistan tərəfi növbəti dəfə təxribatlara başlayıb və müzəffər Azərbaycan Ordusunun antiterror əməliyyatları ilə yerində oturdulub, düşmən bu vaxta qədər xeyli sayda hərbi texnika və canlı qüvvə itkisinə məruz qalıb, eləcə də işğal etdikləri ərazilərin bir hissəsini əldən verməli olub. Qeyd edək ki, Ermənistan hər dəfə olduğu kimi, ənənəsinə uyğun şəkildə yenə də saxtakarlıq edir və itkilər barədə yalan informasiyalar yayaraq həqiqi məlumatları, çoxlu sayda itgilərinin olduğunu gizlətməyə çalışır. Halbuki, Ermənistana məxsus 5 min nəfər sosial şəbəkə istifadəçisi hərbçi qohumlarının və yaxınlarının nə öldüsü, nə yaralısı, nə də hansısa hərbi hissədə qeydiyyatı barədə məlumat əldə edə bilmədiklərini bildirirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi də utanmadan 5 min nəfər hərbçinin itkin düşdüyü barədə bəyan edir, gün ərzində yüzlərlə, minlərlə hərbçi itisi müqabilində, az sayda, onlarla hərbçisinin öldüyünü açıqlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB