Ermənistan Qarabağda daha 26 hərbçisinin öldüyü barədə məlumat yayıb. SİA Ermənistanın aysor.am saytına istinadən xəbər verir ki, bununla işğalçı tərəf itki sayıının 376 nəfərə çatdığını etiraf edib.
Bu barədə separatçıların informasiya resurslarında da ölən ermənilərin sayı barədə rəqəmlər göstərilib.
Xatırladaq ki, bu ilin sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu öz torpaqlarının terrorçulardan, işğalçılardan təmizlənməsi istiqamətində hərbi əməliyyatlara başlayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmənin uzun zamandır ki, işğal altında saxladığı bir çox ərazilər geri alınıb. Həmçinin nəzərə çatdıraq ki, Azərbaycan tərəfinin apardığı uğurlu əməliyyatlar zamanı düşmən tərəf əhəmiyyətli dərəcədə canlı qüvvə və hərbi texnika itgisinə məruz qalıb. Çoxlu sayda itgilərə baxmayaraq bu məlumatlar Ermənistan tərəfindən gizlədilir və azaldılmış sayda yanlış məlumatlar yayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB