Paşinyanın güzəştə getmək məcburiyyəti Rusiya mətbuatında

Paşinyanın güzəştə getmək məcburiyyəti Rusiya mətbuatında

Paşinyan Ermənistanın Dağlıq Qarabağda güzəştə getməyə hazır olduğunu açıqlayıb. SİA xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Frans-Press agentliyi ilə söhbətində İrəvanın Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə güzəştə getməyə hazır olduğu haqda danışıb və Rusiyaya məxsus RİA Novosti agentliyində bu barədə yazı dərc olunub.
Yazıda qeyd olunub ki, agentliklə söhbətində Ermənistan hökumətinin başçısı münaqişənin güzəştlər əsasında həll olunmasının zəruriliyinə işarə edib.
"Dağlıq Qarabağ da hazırdır, Ermənistan da hazırdır güzəştə getməyə. Bunun üçün Azərbaycanın da hazır olması lazımdır", deyə Paşinyan bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə