“Hər şey Azərbaycanın hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır” İqor Korotçenko
Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat, yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək və sonra İrəvanın döyüşməyə heç nəyi qalmayacaq. SİA xəbər verir ki, bu sözləri Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Jurnalın baş redaktoru bildirib ki, hazırda münaqişə zonasında erməni qoşunları ilə Azərbaycan qoşunları arasında tammiqyaslı döyüş əməliyyatları Azərbaycan ərazisində gedir.
“Bu, müharibədir. Mənim proqnozlarıma əsasən, Ermənistan iki-üç həftə müddətində eyni gərginlikdə döyüşlərə davam edəcək, daha sonra, heç bir xarici dəstək olmasa, onların resursları bitəcək. Başa düşmək lazımdır ki, bu, müharibədir. Burada həm uğurlar, həm də uğursuzluqlar ola bilər. Hər şey Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları ağıllı planlaşdırmasından asılıdır. Hələlik, seçilmiş taktika, yəni əsgərlərin həyatını qorumaqla və yüksək dəqiqlikli silahlardan istifadə etməklə irəliləmək mümkün olub. Buna cavab olaraq isə Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Bu, hərbi cinayətdir”, deyə baş redaktoru İqor Korotçenko bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB