Səfirlik: “İspaniyada zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur”

Səfirlik: “İspaniyada zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur”
İspaniyada baş verən zəlzələdə Azərbaycan vətəndaşları zərər çəkməyiblər. SİA-nın xəbərinə görə, bu barədə Trend-ə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib. "Səfirlik yerli hakimiyyətlə əlaqə yaradıb və aydınlaşdırıb ki, zəlzələ zamanı ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur", - eyə Azərbaycanın İspaniyadakı Səfirliyindən bildirilib.

Zəlzələ İspaniyanın paytaxtı Madridin cənub hissəsinin 350 kilometrliyində baş verib. Yeraltı təkanların gücü 5,1 bal təşkil edib. Son məlumata görə, zəlzələ nəticəsində 10 nəfər, o cümlədən bir körpə həlak olub. Lorka şəhərində bir neçə ev dağılıb, xəsarət alanların axtarışı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə