Paşinyan Putinlə Rusiyanın müdaxiləsi ehtimalının müzakirə edilmədiyini dedi Rusiya mətbuatı yazır

Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiyanın Qarabağdakı vəziyyətə hərbi müdaxiləsi ehtimalının Rusiya lideri Vladimir Putinlə müzakirə edilmədiyini deyib. SİA RenTV-yə istinadən xəbər verir ki, Paşinyan, İrəvanda rus jurnalistlərlə görüşü zamanı belə bir açıqlama verib.

"Rusiya Prezidenti ilə Rusiyanın Qarabağ münaqişəsinə mümkün hərbi müdaxiləsini müzakirə etmədik", deyə Paşinyan bildirib.
O, eyni zamanda Ermənistanın Qarabağ münaqişəsi zonasına sülhməramlıları cəlb etmək imkanlarını nəzərdən keçirmədiyini söyləyib.
Xatırladaq ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan antiterror əməliyyatları keçirir. Əməliyyatlar zamanı Azərbaycan ərzilərinin bir hissəsi terrorçulardan təmizlənib, işğal altında olan ərazilərin bir qismi geri alınıb. Hazırda Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir və düşmən çox sayda hərbi texnika və canlı qüvvə itgisi verməkdə davam edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...