Hikmət Hacıyev: "Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir" - VİDEO

"Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir". SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.

H.Hacıyev Ermənistanın Azərbaycana qarşı təxribatçı fəaliyyətindən və aqressiyasından, rəsmi Yerevanın qeyri-adekvat bəyanatlarından danışıb, eləcə də ermənilərin “vurulmuş SU-25 qırıcısı” barədə saxta xəbəri ifşa edib. O qeyd edib ki, Azərbaycanın radarlar sistemində Ermənistan ərazisindən Su-25 təyyarəsinin havaya qalxması barədə məlumat yoxdur.

Müsahibənin tam videosunu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə