Azərbaycan Dövlət Musiqili Komediya Teatrının növbəti premyerası gerçəkləşib. SİA-nın məlumatına görə, adıçəkilən teatrın binası əsaslı təmirdə olduğundan premyera Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilib.
Gürcü dramaturqu Avksenti Saqarelinin "Xanuma" əsəri əsasında hazırlanan ikihissəli operettanın quruluşçu rejissoru Qoça Kapanadze, quruluşçu dirijor Nazim Hacıəlibəyov, quruluşçu rəssam Lomqul Murusidze, quruluşçu baletmeyster Təranə Muradovadır.
Səhnə əsərində əsas rolları xalq artistləri Afaq Bəşirqızı, Arif Quliyev, əməkdar artist Səmayə Musayeva, aktyorlar Əzizağa Əzizov, Fərid Əliyev, Nərgiz Kərimova, Hüseyn Əlili, Ələkbər Əliyev, Gülcahan Salamova, Nahidə Orucova, Əliməmməd Novruzov və digərləri canlandırıblar.
Klassik komediya-vodevil janrında olan "Xanuma" 1882-ci ildə qələmə alınıb. Tamaşa Xanuma və Kabatonun münaqişəsi üzərində qurulub və varlı, adlı-sanlı mülkədarlara adlı nəsildən olan qızlar axtaran bu iki xanımdan hansının vəzifəsinin öhdəsindən daha yaxşı gələcəyi haqqında tamaşaçıda təsəvvür yaradır.
Maraqlı səhnə tərtibat, peşəkar aktyor ifası, uyğun seçilən musiqi və ümumilikdə hər bir detal səhnə əsərinin uğurlu olmasına rəvac verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB