Kəmaləddin Heydərov: "Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur"

Kəmaləddin Heydərov: "Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur"
Bakıda hələ də təhlili aparılmayan yeni tikililər mövcuddur. SİA-nın Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazirin sözlərinə görə, binalar tikilən zaman müvafiq komissiya tərəfindən yoxlama aparılır. Yoxlamalar zamanı beton, armatur, digər konstruksiyalar təhlil olunur, tikinti nəzarətinin ekspertizası keçirilir.

"Bundan sonra yeni bina dövlət qeydiyyatına alınır", - nazir deyib.

O bildirib ki, tikilən binaların təhlilini Fövqəladə Hallar Nazirliyinin iki qurumunun və digər əlaqədar dövlət orqanlarının iştirakı ilə yaradılan komissiya aparır.

Tikilən bütün binaların təhlilinin aparılmasının vacibliyini qeyd edən Heydərov deyib ki, bu proses keçirilmədən binanın dövlət qeydiyyatına alınması mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə