ABŞ seçkilərində İran faktoru - ŞƏRH

"Seçkilər ərəfəsində Tramp Adminstrasiyasının İrana sanksiya tətbiq etməsini Demokratlar Ağ Ev rəhbərinə təzyiq kimi istifadə edəcəklər. Trampın dövründə Ağ Evin İrana sanksiya tətbiq etməsini ABŞ-ın xeyrinə olmayan amil kimi dəyərləndirilə bilər. İranla münasibətlərinin gərginləşməsinin ABŞ-ın geosiyasi mövqeyinə cavab verib-vermədiyini birmənalı şəkildə aydınlıq gətirmək mümkün deyil. Amma bütün hallarda seçkilər ərəfəsində Tramp Adminstrasiyasının İrana sanksiya tətbiq etməsini Demokratlar Ağ Ev rəhbərinə təzyiq kimi istifadə edəcəklər. Barak Obamanın dövründə ABŞ-İran münasibətləri yumşalsa da, Trampın hakimiyyəti dövründə sanksiyaların tətbiq edilməsi ilə Tehran üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı və iki dövlət arasındakı münasibətlər yenidən gərginləşdi". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, İran iddia etdi ki, ABŞ sanksiyaların tətbiqi ilə İrana verdiyi sözü tutmayıb: "Digər tərəfdən Tramp seçkiləri qazanacağı təqdirdə İranla münasibətlərdə yumşalmaya gedəcəyini də vurğulamışdı. Amma hesab edirəm ki, bu mümkün olmayacaq. Çünki ABŞ-ın bölgədə İranı zəiflətməyə hesablanmış İsrail planı bundan xəbər verir. Eyni zamanda ABŞ-ın bu planı ərəb dünyasında nüfuzu olan Rusiyaya da bir mesajdır. ABŞ çalışır ki, İranın bölgəyə təsir mexanizmini zəiflətsin. Birləşmiş Ştatların xüsusən Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacağını bildirməsi və ABŞ-ın öz səfirliyini Yerusəlimə daşıya biləcəyi ilə bağlı mövqeyi İranda, hətta Türkiyədə də qıcıq yaratdı. ABŞ bütün bu sanksiyaları həm də İranın nüvə enerjisinə yiyələnməsinin qarşısını almaq üçün tətbiq edilir. Ancaq bütün bu sanksiyaların tətbiqinə baxmayaraq, ABŞ İranı bütövlüklə enerji sektorundan təcrid edə bilməyib. İrana tətbiq edilən sanksiyalardan ABŞ-dan çox Avropa şirkətləri təsirlənir".

Ekspert əlavə edib ki, Tramp Demokrat seçicilərin də səsini qazanmaq üçün manevrlər edir: "Tramp son 30- 40 ildə ilk dəfə olaraq dedi ki, ABŞ-ın Şərqə girməsi səhv idi. Bundan sonra Əfqanıstandan və digər şərq ölkələrindən ABŞ qoşunlarını geri çəkəcəyini bildirdi. Yəni əsasən ABŞ daxili problemləri ilə məşğul olacağını bildirməklə Demokratların da dəstəyini qazanmağa çalışır. Əgər Tramp prezident seçilərsə, İrana qarşı münasibətlərin sərtləşib və ya yumşalacağı ABŞ-Rusiya, ABŞ- Çin, ABŞ- Yaxın Orta Şərq maraqlarından və reallıqlarından irəli gələcək. Əgər İrana qarşı münasibətlər yumşaldılacaqsa, ABŞ İranı “Şiə inqilabı”nın ixracından çəkindirməyə çalışacaq. İran da ABŞ maraqlarına cavab verən addımlar atarsa, iki dövlət arasında münasibətlər yumşala bilər, əksi mümkün deyil. Amma bütün hallarda Birləşmiş Ştatlarda qaradərililərə qarşı irqçilik prosesləri trampın ziyanına işləyəcək. Bu artıq Demokratların xeyrinə işləyəcək addımdır. Eyni zamanda son vaxtlar ABŞ-ın radikal xarici siyasəti seçiciləri də narahat edir. Demokratlar bundan da istifadə edəcək. Demokratlar seçicilərə Obama dövründə İranla münasibətlərin yumşaqlığını xatırladacaqlar. Bu isə heç də Trampın xeyrinə olmayacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...