YAP Nəsimi rayon təşkilatında gənclərlə onlayn görüş olub FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanan rayon gənclərilə onlayn görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahat İbrahimqızı, YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Salman Salmanov və Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.

Görüşdən sonra YAP Nəsimi rayon təşkilatı adından tələbələrə hədiyyələr təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə