Türkiyəli kapitanın Azərbaycan HDQ-nin qərargahına buraxılmaması haqda RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycan HDQ komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov açıqlama verib.

"Bildirirəm ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk. Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir",- deyə, məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə