Dünya Miyatoviç isveçli jurnalistlərin Azərbaycandan deportasiya olunması faktına toxunub

Dünya Miyatoviç isveçli jurnalistlərin Azərbaycandan deportasiya olunması faktına toxunub

"İsveçli jurnalistlərin Azərbaycandan deportasiyası faktı ilə bağlı hər iki ölkənin hökumətləri ilə mütəmadi əlaqə saxlayıram". SİA-nın xəbərinə bu sözləri jurnalistlərə açıqlamasında ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç verib. O, təəssüflə qeyd edib ki, təmsil etdiyi ofis jurnalistlərin deportasiyası kimi faktların qarşısını ala bilmir: "Hökumət də belə hallara yol verməməlidir. Bu konkret faktla bağlı vəziyyəti izləyirəm və Azərbaycan və İsveç hökumətləri ilə mütəmadi əlaqə saxlayıram. Məsələ ilə bağlı faktları öyrəndikdən sonra daha geniş açıqlama verə bilərəm".

 

İsveçli jurnalistlərin Azərbaycandan deportasiya olunması faktına toxunan ATƏT rəsmisi bildirib ki, jurnalistlər fikirləri ifadə etməkdə sərbəst olduqları kimi, ölkələrə səyahət etməkdə də azaddırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə