Ümummilli liderin anadan olmasının 88-ci ildönümi Gürcüstanda da qeyd edilib

Ümummilli liderin anadan olmasının 88-ci ildönümi Gürcüstanda da qeyd edilib
Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Tədbirdə çıxış edən AMM-in rəhbəri Fazil Həsənov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər üçün nümunə olduğunu bildirib. Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri, şəhər rəhbərliyi, ziyalılar və tələbələr iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə