65 min xəstə böyrək çatışmazlığından əziyyət çəkir

65 min xəstə böyrək çatışmazlığından əziyyət çəkir
Türkiyədə təxminən 65 min böyrək xəstəsi nizamlı olaraq dializə gedir. SİA-nın xəbərinə görə, təxminən 24 min xəstə isə hələ də "Milli orqan nəqli gözləmə siyahısı"nda böyrək gözləyir.

Böyrəklərin funksiyalarını itirməsi və vəzifəsini yerinə yetirə bilməməsi mənasını verən böyrək çatışmazlığına diabet, yüksək qan təzyiqi və müxtəlif böyrək xəstəlikləri səbəb olur. Bundan əlavə, su qidalanmasının az olması və "duz-un-şəkər" üçlüyü böyrək sağlamlığına mənfi təsir edir.

Memorial Xidmət Xəstəxanası və Türk Böyrək Vəqfinin əməkdaşlığı ilə 9 -15 may tarixlərində təşkil ediləcək "Orqan nəqli və böyrək sağlığında duzun əhəmiyyəti" mövzulu bir paneldə böyrək sağlamlığına diqqət çəkiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə