Latviya Respublikasının birinci xanımı Lilita Zatlere ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Latviya Respublikasının birinci xanımı Lilita Zatlere ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikasında səfərdə olan Latviya Respublikasının birinci xanımı Lilita Zatlere bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. SİA-nın yap.org.az saytına istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə