Petros Eftimiu bizə yol göstərir: “Münaqişənin həllində sülhdən başqa alternativ yol yoxdur”

Petros Eftimiu bizə yol göstərir: “Münaqişənin həllində sülhdən başqa alternativ yol yoxdur”

ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiu Ermənistana səfəri çərçivəsində xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı Ermənistanla qurum arasında mövcud münasibətlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da görüş zamanı müzakirə mövzusu olub.

 

Öz növbəsində ATƏT Parlament Assambleyasının prezidenti tərəflərin təmas xəttindən snayperlərin geri çəkməsini və münaqişənin həlli üçün münbit atmosferin yaranmasının vacibliyini bildirib. O, qeyd edib ki, münaqişənin həllində sülhdən başqa alternativ yol yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə