Ermənistan KİV-ləri baş nazir Nikol Paşinyanın kadr siyasətini atəşə tutub. SİA xəbər verir ki, ölkənin “Past” qəzetinin yazdığına görə, sərt tənqidçilərin bir çoxu Ermənistanın baş nazirinin hakimiyyətdəki kadr siyasətini hədəfə almaqla yanaşı, onun bu siyasətinin ölkəsini uçuruma doğru apardığını qeyd edirlər.
Digər tərəfdən, Paşinyan uğursuz kadr siyasətini ört-basdır etmək üçün davamlı olaraq nazir və qubernatorları tənqid edir, onların əlavə “baş ağrıları” olduqlarını deyir, özünün hamının yerinə işlədiyini bildirir.
Adıçəkilən qəzet mənbələrinə istinadən yazır ki, yaxın vaxtlarda hökumət heyətində ciddi dəyişikliklərə gediləcək və bu dəyişikliklər konkret olaraq bir neçə həlledici nazirlərə də aid olunacaq. “Mənbələrin dediklərinə görə, hökumətdə qısa müddət ərzində 2-3 nazir öz kreslosu ilə vidalaşmalı olacaq”, deyə qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB