Zəfər marşımız, qələbə sevincimiz işğal altında olan torpaqlarımızda eşidiləcək - ŞƏRH ÖZƏL
"Qubadlının inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Böyük və zəngin tarixi olan, qədim mədəniyyət ocağı Azərbaycanın bir rayonundan olan göstəricilərdir. Təəssüflə qeyd edirəm ki, yuxarıda sadalananların hamısı 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən amansız və vəhşicəsinə işğal edilib". YAP Gənclər Birliyi Siyasi Şuranın üzvü, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərid Nəsibov deyib.
Gənc siyasətçi bildirib ki, bu ağrı və acı ilə 27 ildir yaşayırıq: "Bu qədər müddət ərzində yaşamağımızın tək bir səbəbi bizim qədim mədəni tariximiz, adət ənənələrimiz və sülhsevər olmağımız səbəbdir. Lakin hər birimizin səbrimizin tükənəcəyi, haqsızlığa cavab verəcəyimiz bir gün var. Azərbaycan xalqı və onun lideri nə qədər məğrurdursa, nə qədər səbrlidirsə, bir o qədər də qəzəblidir. Üzləşdiyimiz Ermənistan hökümətinin həyasızlığı, yalanları, üzə durmaqları fikrimcə bizi hərəkətə keçməyə məcbur edir. İnanıram ki, rəşadətli Azərbaycan ordusunun zəfər çalacağı gün yaxındadır. Qarabağda, işğal altında olan torpaqlarımızın hər bir qarışından azan səsi eşidiləcək, hər bir işğal altında olan rayonumuzda üçrəngli şanlı bayrağımız dalğanacaq".
F.Nəsibov vurğulayıb ki, son illər ərzində bir neçə dəfə düşmən təxribatı uğursuz olub, hətta onların təxribatı bizim zəfərimizlə nəticələnib: "Bu gün Azərbaycanın Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada ilk onluqda yer alan güclü ordumuz var. Dünyanın mədəni irsinin qorunub saxlanılmasında, bərpasında və yenidən qurulmasında bilavasitə yaxından iştirak edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan dünyada demək olar ki, strateji partnyordur. Bizim uğurumuz, inkişafımız, tərəqqimiz onu deməyə əsas verir ki, yaxın aylarda bizim zəfər marşımız, qələbə sevincimiz işğal altında olan torpaqlarımızda eşidiləcək. Tanrı bizim hərbçilərimizi qorusun. Amin!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB