Rusiya vətəndaşı: “Ruslar bizim qanımızı içir, Azərbaycanda isə heç bir problem yoxdur”
Mən artıq Azərbaycana gəlib yaşamaq istəyirəm". Bunu Azərbaycan-Rusiya sərhədini keçə bilməyən Rusiya vətəndaşlarından biri deyib. "Ruslar bizim qanımızı içir. Azərbaycan tərəfi bizi buraxır. Rusiya tərəfi isə geri qaytarır. Bu insanları ələ salmaq deməkdir. Artıq 3-cü gündür ki, burada dayanmışıq. Mən Azərbaycana gəlib yaşamaq istəyirəm. Azərbaycanda heç bir problem yoxdur. Azərbaycan bizə pulsuz yemək verir"- deyə həmin şəxs qeyd edib.
Qeyd edək ki, artıq xeyli müddətdir ki, Azərbaycanın Qusar rayonunun Rusiya-Azərbaycan sərhədində yerləşən Samur gömrük keçid məntəqəsində Azərbaycandan qonşu ölkəyə gedən sərnişin avtobuslarının böyük bir növbəsi yaranıb. Sərhədi keçənlərdən fərqli olaraq, rəsmilər sıxlıq olmadığını bəyan edirlər. Amma bölgə əhalisinin dediyinə görə, ötən gündən bəri Rusiya-Azərbaycan sərhədinin Samur keçid məntəqəsində, Rusiyaya keçmək istəyən avtobusların sayı artmaqda davam edir. Hazırda onların sayı 30-dan artıqdır. Əhalinin narazılığı isə getdikcə şiddətlənir. /Anspress/

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB