"Növbəti yaradıcılıq nümunəsini də "SƏS" qəzetinin kollektivi ortaya qoyub" - MÖVQE ÖZƏL
"Əvvəla "SƏS" qəzetinin kollektivini qəzetdə yaradılan yeni layihə ilə əlaqədar təbrik edirəm və hesab edirəm ki, bu uğurlu bir yenilikdir. Həm informasiyanı operativ şəkildə əldə etmək və eyni zamanda qəzetin çap mətbuatından elektron versiyaya keçirmək baxımından bir yenilikdir". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, bu layihə oxucuya informasiyanın operativ olaraq çatdırılmasında önəmli rol oynayan bir hadisədir: "Bu rəngarənglik, fərqlilik, dizayn, üslub baxımından yeni bir manevrdir. "SƏS" qəzetinin növbəti bu addımı təqdirəlayiqdir və bu yenilik düşünürəm ki, zaman-zaman bir çox media orqanlarında öz əksini tapacaq. Ölkəmizdə, xüsusilə elektron media qurumlarının sürətlə inkişaf etdiyi bir dövrdə bu cür yeniliyə "SƏS" qəzetinin imza atması çox təqdirəlayiqdir. Mən "SƏS" qəzetinə uğurlar arzu edirəm. "SƏS" kollektivinə yeni, uğurlu layihələrə təşəbbüslərində, yeni hədəflərə çatmalarında uğurlar diləyirəm".
V.Rəhimzadə vurğulayıb ki, jurnalistika sahəsi elə bir sahədir ki, daim yenilik, yaradıcılıq və öz üzərində işləməyi tələb edir: "Növbəti bir yaradıcılıq nümunəsini "SƏS" qəzetinin kollektivi ortaya qoyub. Bu yaradıcılıq hər birimiz üçün dəyərli və qiymətlidir. Həqiqətən də bu yaradıcılıq oxucu-media münasibətlərinin daha da sıxlaşmasında, təmasın daha da dərindən qurulmasında çox önəmli rol oynayacaq. Ürəkdən təbrik edir, alqışlayıram. "SƏS" qəzetinin dostumuz Bəhruz Quliyev başda olmaqla bütün kollektivinə yeni yaradıcılıq uğurları arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB