Və ya “xalq acından ölür” bağıran “Milli Şura” üzvü ömründə kimlərəsə yardım edibmi?
Vaxtilə hakimiyyət sıralarında olarkən, Milli Məclisin deputatı statusunu daşıdığı vaxtlarda siyasi artistizm donuna girib kürsüsünü hər şeydən üstün tutduğunu gizlətməyən, çoxsaylı qanunsuz əməlləri ilə sadə vətəndaşların haqlarını tapdalayan Gültəkin Hacıbəylinin siyasi cəhətdən “imici” dəyişsə də, yəni bu dəfə özünü “Milli Şura”nın “primadonnası” kimi təqdim etsə də, zahiri imicindən, dəbindən geri qalmayan bu qadın bir daha sübut edir ki, onun üçün heç bir ideya, siyasi mühit önəmli deyil. O, sadəcə, özünün lüks həyat yaşaması üçün əlləşir və geridə qalanlar onun üçün boş şeydir.
Brend geyim-keçimlər, bahalı parfümlər və kosmetikalar, eləcə də komfortlu və lüks həyat yaşamaq...
Məsələn, əgər G.Hacıbəyli indi də “müxalifətçi ideoloq” qismində çıxışlar edib, “xalq acından ölür” tipli yalan fikirlər səsləndirirsə, bu fikirlər də, sadəcə boğazdan yuxarı deyilmiş ifadələrdir ki, ona görə müəyyən dairələrdən qrantlar, vəsaitlər alır. Alırsa, almırsa öz işidir, amma gəlin görək o “acından ölən xalqın” bircə nümayəndəsinə hər hansı bir məsələdə maddi və s. yardımlar göstərirmi? Əlbəttə ki, xeyr. Çünki onu maraqlandıran tamamilə başqa şeylərdir. Misal üçün, brend geyim-keçimlər, bahalı parfümlər və kosmetikalar, eləcə də komfortlu və lüks həyat yaşamaq...
Bu, həmin G.Hacıbəylidir ki, neftin qiyməti aşağı düşəndə bunu toy-bayram kimi təqdim edib, özü kimi nanəcib “milli şuraçıları” təbrik edirdi, çünki onun gözündə “acından ölən xalq” daha “ağır” vəziyyətə düşməklə qiyam-filan qaldıracaqmış, əlbəttə ki, bu onun xülyaları və utopiyalarıdır. Lakin məsələnin daha bir tərəfi budur ki, əslində G.Hacıbəyli həqiqətən də öz yararsız düşüncələri ilə xalqın ağır vəziyyətə düşməsini arzulayır. Nədir ki, Allah eləməmiş bunlar hakimiyyətə-zada gələcəklər və o da yenidən iqtidar komandasında yer alıb başlayacaq özünə brend mallar almaq üçün talançılığa. Bəli, onu maraqlandıran məsələ yalnız öz həyatıdır, başqa heç nə!
“Milli Şura”nın “primadonnasına” hərtərəfli baxırlar
Bütün bunları isə sübut edən əlahəzrət faktlar var və biz həmin faktları elə onun öz çərçivəsindən dəyərli oxucularımızın diqqətinə çatdıra bilərik. Sən demə o, hər gün 1700 manatlıq kompyuter, 1200 manatlıq telefon, 705 manatlıq ayaqqabı, aksesuarlar və daha nələr sifariş verirmiş.
Və buradan daha bir nəticə çıxararaq qənaətə gələ bilərik ki, onun “acından ölürük” saçyolduları, üzcırmaları, dizdöymələri, donçəkmələri yalan imiş. Yox əgər əksinədirsə, o zaman xaricdən alış-veriş üçün əndişə keçirən Gültəkin Hacıbəyli hansı mənbədən əldə etdiyi maliyyə hesabına bahalı həyat yaşayır, sürücüsü var və tez-tez oğulcığazını xaricə göndərir? Guya hər gün xalqın dərdini çəkən bu xanım görəsən işləmədiyi halda necə bu qədər bahalı həyat sürə bilir? Ehtimal olunur ki, ya Avropadakı, ya da tez-tez restoranlarda hesabat verdiyi səfirlik “dostları” onu cani qəlbdən, hətta digər yazıla bilinməyəcək məsələlərə görə maliyyələşdirirlər. Daha dəqiq desək, Avropa dairələrində belə bir sətiraltı deyim var, siyasi fahişənin fiziki fahişəyə çevrilməsi...
Rövşən NURƏDDİNOĞLU
P.S. Görünür, avropalı bəyləri, ya da səfirlik dostları “Milli Şura”nın “primadonnasına” hərtərəfli baxırlar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB